Ukrayna dronları yenə Rusiyaya zərbə endirib
22.08.2026 10:48
329
Dünya
A
Ukrayna dronları yenə Rusiyaya zərbə endirib

Ötən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərindəki "Ozon" marketpleysinin logistik mərkəzinə ilk dəfə olaraq zərbə endirib. PUA (Pilotsuz Uçuş Aparatı - dron) hücumundan sonra obyektin ərazisində genişmiqyaslı yanğın baş verib.

Aktual.ge xəbər verir ki, bu barədə "Telegram" monitorinq kanalları məlumat verib.

Logistik kompleksdəki yanğının görüntüləri daha sonra sosial şəbəkələrdə yayılıb.

Monitorinq kanallarının məlumatına görə, yanğın tez bir zamanda obyektə yayılıb və üzərində qalın tüstü sütunu qalxıb.

Şirkətin özündən bildirilib ki, Samara vilayətindəki PUA hücumundan zərər çəkən "Ozon" logistik mərkəzindən 500-dən çox işçi təxliyə edilib, anbarda yanğın baş verib.

"Bütün sistemlər normal işləyirdi, biz bir neçə dəqiqə ərzində 500-dən çox işçini təxliyə etdik. Lakin təəssüf ki, buna baxmayaraq, xəsarət alanlar var. Biz mütləq onlara bütün lazımi dəstəyi göstərəcəyik", - deyə "Ozon" qeyd edib.

"Ozon" şirkətinin Çapayevskdəki logistik kompleksi şirkətin ən böyük anbar obyektlərindən biridir. Bütün mərhələlər istifadəyə verildikdən sonra onun sahəsi təxminən 135 000 kvadratmetr təşkil edir, obyektin yaradılmasına qoyulan investisiyalar isə təxminən 5 milyard rubl dəyərində qiymətləndirilidi.

Mərkəz "Ozon" şirkətinin Samara bölgəsindəki geniş logistik şəbəkəsinin bir hissəsidir. Şirkət bu komplekslərdən malları qəbul etmək, saxlamaq, seçmək və müştərilərə göndərmək üçün istifadə edir.

"Ozon" "Wildberries" ilə birlikdə Rusiyanın iki ən böyük marketpleyslərindən biridir. 2024-cü ilin sonuna qədər bu iki platformanın üzərinə Rusiyanın onlayn ticarətinin əhəmiyyətli hissəsi düşürdü.//Oxu

ŞƏRH YAZ
1