Türkiyədən Netanyahu ilə bağlı İnterpola kritik müraciət
Bugün
257
Dünya
A
Türkiyədən Netanyahu ilə bağlı İnterpola kritik müraciət

Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahu barəsində “qırmızı bülleten” çıxarılması üçün İnterpola müraciət edib.

Aktual.ge “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.

Nazirin sözlərinə görə, Netanyahunun İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməsi və həbs olunması üçün rəsmi prosedura başlanılıb.

Akın Gürlek Türkiyənin milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq mövcud olan bütün hüquqi mexanizmlərdən istifadə etmək əzmində olduğunu vurğulayıb.

"Biz Qəzzada törədilən cinayətlərin ört-basdır edilməsinə və təqsirkarların cəzasızlıq qalxanı ilə qorunmasına icazə verməyəcəyik. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında biz Fələstin xalqının, məzlumların və insanlıq vicdanının yanında olmağa davam edəcəyik. Bəşəriyyətə qarşı cinayət törədənlərin qanun qarşısında məsuliyyət daşımasını təmin etmək üçün bütün lazımi addımları qətiyyətlə atacağıq", - deyə nazir bəyan edib.

Qeyd edək ki, 14 iyul 2026-cı ildə İstanbul Ağır Cinayətlər Məhkəməsi “Sumud flotilyası işi” üzrə Netanyahunun barəsində beynəlxalq axtarış elan edib. Netanyahu və onunla birlikdə təqsirləndirilən şəxslərə bəşəriyyətə qarşı cinayət, soyqırımı, işgəncə, əmlaka zərər vurma, adam oğurluğu və ya qanunsuz həbs, nəqliyyat vasitələrinin hərəkətinə mane olma və digər maddələr üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, 21 noyabr 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahunun həbs olunması ilə bağlı qərar verib.

ŞƏRH YAZ
0