İrakli Qaribaşvili həbsxanadan gözlənilməz məktub ünvanladı
Bugün
393
Siyasət
A
İrakli Qaribaşvili həbsxanadan gözlənilməz məktub ünvanladı

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili həbsxanadan məktub yayıb.

Aktual.ge xəbər verir ki, ictimaiyyətə ünvanladığı məktubda kəskin fikirlər qeyd edən İrakli Qaribaşvili, onu siyasi cəhətdən məhv etmək istədiklərini vurğulayıb.

Keçmiş Baş nazir məktubunda onun barəsində planlaşdırılan “çirkli təxribatdan” danışır, mübarizəyə başlama səbəbi kimi isə hakim komandanın “qırmızı xətləri” keçməsini göstərir.

İrakli Qaribaşvilinin məktubunu olduğu kimi təqdim edirik:

“Cəmiyyətə həqiqəti, niyə həbsxanada olduğumu demək istəyirəm. Ötən il başlayan qondarma 'korrupsiyaya qarşı mübarizə' kampaniyasının əsas məqsədi məni həbsə atmaq və siyasi cəhətdən məhv etmək idi. Tam məsuliyyətlə bəyan edirəm ki, komanda və mənim üçün əziz olan insanla qarşıdurmaya girməmək üçün əlimdən gələn hər şeyi etdim. Məhz bu məqsədlə hüquqi mübarizədən imtina etdim və dövlətin və komandanın maraqlarına zərər vurmamaq üçün mənim üçün dağıdıcı olan prosesin sonuna qədər getdim.

Təəssüf ki, bunun əvəzində səhnələşdirilmiş çirkli təxribat, çoxlu yalan və ədalətsizliklə qarşılaşdım. Bütün bu müddət ərzində cəmiyyət məndən bircə kəlmə də eşitməyib. Mən bu sınağı tam səbrlə qəbul etdim.

Lakin gözlənilmədən, iyul ayında dünən yayımladığım məktubu aldım. Məktubu mənə Mamuka Mdinaradze göndərmişdi. Həmin gün ona mövqeyimi bildirdim, bir daha siyasətə qayıtmaq niyyətində olmadığımı söylədim və bu “riskin” sığortalanması məqsədilə öz baxışımı təklif etdim. Lakin cavab olaraq mənə bildirdilər ki, mənim siyasətə qayıtma ehtimalım hələ də 1 faiz olaraq qalır və bunun qarşısını almaq üçün mənə korrupsiya ittihamının irəli sürülməsi və mənim bunu etiraf etməyim zəruri idi.

Bu, həyatımda ən çətin addımı atmağıma səbəb olan qırmızı xətt idi. Buna görə də, artıq başqa çıxış yolum olmadığı üçün məni mübarizəyə başlamağa məcbur edirlər...”, – deyə Qaribaşvili yazıb.

ŞƏRH YAZ
1