Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin vəkili Lili Qelaşvilinin sözlərinə görə, “Bu gün mütləq İrakli Qaribaşvilinin adından bəyanat olacaq”.
Aktual.ge xəbər verir ki, hüquqşünas bunu həbsxanada məhkum sabiq Baş naziri ziyarət etdikdən sonra jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu bəyanatın kimə, necə və hansı formada təqdim edilməsinin “əhəmiyyəti yoxdur”.
“İçəri daxil olmuşdum. Məktub məsələsinə gəlincə, niyə buna bu formada yanaşırsınız? Heç bir məktub çıxarılmayıb. Sizə təsdiq edirəm ki, əvvəlcədən elan edildiyi kimi, bu gün İrakli Qaribaşvilinin adından bəyanat olacaq. Bunu sizə təsdiq edirəm.
Bu gün gözləyin, mütləq olacaq. Bəyanatı kimə, necə və hansı formada təqdim etməsinin əhəmiyyəti yoxdur. Əsas odur ki, bu gün bəyanat olacaq. İrakli Qaribaşvilinin yayacağı bəyanatı gözləyin”, - deyə Lili Gelaşvili qeyd edib.
Hüquqmüdafiəçisi həbsxanadan çıxarkən əlində vərəq olub, lakin o, bunun İrakli Qaribaşvili tərəfindən yazılıb-yazılmadığını təsdiqləməyib.
Məlumat üçün bildirək ki, həbsdə olan keçmiş Baş nazir İrakli Qaribaşvili dünən, 17 avqust tarixində bəyanat yayıb. O, yazıb ki, “Bu gündən etibarən onun və ailəsinin təhlükəsizliyinə görə bütün məsuliyyət Bidzina İvanişvilinin və bütün hakimiyyətin üzərinə düşür”.
İrakli Qaribaşvili bildirib ki, o, avqustun 18-də geniş məktub yayımlayacaq.