SON DƏQİQƏ! İrakli Qaribaşvilidən müzakirələrə səbəb olacaq məktub
17.08.2026 17:14
867
Siyasət
A
SON DƏQİQƏ! İrakli Qaribaşvilidən müzakirələrə səbəb olacaq məktub

Keçmiş Baş nazir, hazırda həbsdə olan İrakli Qaribaşvilinin rəsmi "Facebook" səhifəsində müzakirələrə səbəb olacaq məktub paylaşılıb.

Aktual.ge xəbər verir ki, sabiq Baş nazirin sosial şəbəkə hesabında yayımlanan məktubda onun və ailəsinin təhlükəsizliyinə görə bütün məsuliyyətin Bidzina İvanişvilinin üzərinə düşdüyü qeyd olunub.

Keçmiş hökumət rəhbəri diqqətə çatdırıb ki, sabah (18 avqust) geniş məktub yayimlayacaq.

“Bu məktub mənə Bidzina İvanişvilinin tapşırığı ilə göndərilib. Mən bu addımı atmamaq üçün əlimdən gələn hər şeyi sınadım və etdim. Təəssüf ki, bu ləyaqəti alçaldan şərə qarşı çıxmamaq üçün mənə başqa yol qoymadılar! Bu amansız qəddarlığa, təzyiqə/ədalətsizliyə, məni və ailəmi məhv etmək üçün qurulan çirkli plana qarşı! Sabah geniş məktub yayımlayacağam və cəmiyyətə öz həqiqətimi deyəcəyəm! Bu gündən etibarən mənim və ailəmin təhlükəsizliyinə görə tam məsuliyyət Bidzina İvanişvilinin və bütün hakimiyyətin üzərinə düşür!” , -  İrakli Qaribaşvilinin məktubunda qeyd edilib.

Bununla yanaşı, İrakli Qaribaşvili istinad etdiyi məktubu da yayımlayıb.

“Dito Çubinidze kimi, İrma İn­aşvili kimi ‘tərəfdarların’ və sosial şəbəkələrdə təşkil olunan kampaniyaların yaratdığı vəziyyət çox ciddi şübhələr doğurdu və bizə ciddi zərər vurdu. Bir neçə iş üzrə çox intensiv iş aparılır və onların ehtimal olunan nəticəsi korrupsiya ittihamları olacaq. Buna görə də bizim fəaliyyətimizin iki variantı var:

  1. Ciddi şəkildə mübahisə aparaq və məsələni sona qədər davam etdirək.
  2. (İkinci variantı özləri bizə kompromis həll yolu kimi təklif ediblər) - hər hansı bir işi etiraf edək (məsuliyyəti öz üzərimizə götürək), hər şey razılaşma əsasında həll olunsun: etiraf, şahidlərin ifadə verərək bunu təsdiqləməsi və s. Bu halda bizə eyni 5 illik müddətlə prosessual razılaşma təklif edirlər. Yəni mənə izah etdikləri kimi, cəzalar bir-birini ‘udacaq’ və yenə də 5 il qalacaq. Azadlığa çıxdıqdan sonra siyasətə yaxın durmamalısan və əgər ‘səni kənarlaşdırmaq qərarına gəlsələr’, etiraf etmiş olacağın korrupsiya ittihamı siyasətə qayıtmağı düşünməməyin üçün sığorta mexanizmi olacaq”, - məktubda deyilir.
ŞƏRH YAZ
2