Tbilisi və iki bölgə üçün hava xəbərdarlığı
Bugün
247
Maraqlı
A
Tbilisi və iki bölgə üçün hava xəbərdarlığı

Səhərədək Kaxeti və Kvemo Kartli bölgələrində, paytaxt Tbilisi və ətraf ərazilərdə fasilələrlə güclü yağış gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata görə, şimşək, dolu və küləyin güclənməsi də mümkündür.

“Gözlənilən güclü yağış kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər" , - agentlik tərəfindən edilən xəbərdarlıqda müvafiq hava şəraitinin təhlükə səviyyəsi orta olaraq dəyərləndirilib. 

ŞƏRH YAZ
0