@Salo Aktual SOCAR Georgia Gas şirkətindən bildirilib ki, 17 avqust tarixinə qədər Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində qeydiyyatdan keçməyən abonentlərin qaz təchizatı dayandırılacağ.
Şirkətin açıqlamasında deyilir ki, 17 avqustdan etibarən keçmiş lisenziyalı “Mamed Qaz”ın “SOCAR Georgia Gas” abonenti kimi qeydiyyatdan keçməyən abonentlərinin qaz təchizatı dayandırılacaq.
Bildirilib ki, qeydiyyat Marneuli şəhərinin, Yağluca küçəsi 23 ünvanında və ya kənd inzibati binasında mümkündür.
Qeydiyyat üçün şəxsiyyəti təsdiq edən sənəd, ünvan, telefon nömrəsi və qaz sayğacının fotosu təqdim edilməlidir.
Məlumatları həmçinin ekranda görülən vasitələrlə də göndərmək mümkündür:
Şirkətin rəsmi elektron poçt ünvanına: [email protected]
WhatsApp və Viber vasitəsilə: 577 33 03 46