Bugün
16
Siyasət
A
"Gürcüstan məhkəmə müstəqilliyində Avropanın ən çox irəliləyiş göstərən 5 ölkəsindən biridir" | “Gürcü Arzusu”

Məhkəmə sisteminin müstəqilliyinə görə Gürcüstan postsovet məkanının ən yaxşı dördlüyündə, tarixi (13 illik) irəliləyişə görə isə Avropa dövlətlərinin ilk beşliyindədir.

Aktual.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun mətbuat xidməti məlumat yayıb. |

Məlumata görə, bu bəyanat Dünya Bankının “Freedom House”un qlobal sorğusunun nəticələrini dərc etməsinə əsaslanır. Sözügedən araşdırma 2013–2026-cı illərdə məhkəmə sisteminin müstəqilliyinin qiymətləndirilməsinə həsr olunub və dünyanın 196 ölkə və ərazisini əhatə edir.

"Dünya Bankı 2013–2026-cı illərdə məhkəmə sisteminin müstəqilliyinin qiymətləndirilməsinə həsr olunmuş və dünyanın 196 ölkə və ərazisini əhatə edən 'Freedom House'un qlobal sorğusunun nəticələrini dərc edir.

Tədqiqatın məqsədi 4 ballıq qiymətləndirmə sistemi əsasında 'Məhkəmə sistemi müstəqildirmi?' sualına cavab vermək olub.

Hesabata əsasən, 2013-cü ildən etibarən Avropada yalnız 5 ölkə məhkəmə sisteminin müstəqilliyini yaxşılaşdırmağa nail olub: Gürcüstan, İtaliya, Çexiya, Sloveniya və Albaniya.

2026-cı il qiymətləndirməsinə görə, Gürcüstan məhkəmə sisteminin müstəqilliyi baxımından bütün qonşu ölkələri qabaqlayır, Baltikyanı ölkələrlə birlikdə postsovet məkanının ən yaxşı dördlüyünə daxildir və Avropa İttifaqı və NATO üzvü olan 5 dövlətlə - Polşa, Macarıstan, Bolqarıstan, Monteneqro və Şimali Makedoniya ilə eyni səviyyədədir.

Digər yeni Aİ namizəd ölkələrinə gəldikdə isə, Moldova və Ukrayna məhkəmə sisteminin müstəqilliyi baxımından Rusiya və Belarusla birlikdə Avropada sonuncu yerlərdə qərarlaşır. Araşdırmaya görə, 2016-cı ildən sonra Moldovada məhkəmə sisteminin müstəqillik səviyyəsi pisləşib, Ukraynanın göstəricisi isə Yanukoviçin hakimiyyəti dövründən bəri dəyişməyib.

Həmçinin məlum olur ki, 2013-cü ilə qədər Gürcüstan Ukrayna, Belarus və Rusiya ilə birlikdə Avropada sonuncu dördlükdə, dünyada isə ən pis mövqelərdən birində yer alırdı.

2013-cü ildən etibarən Gürcüstanla birlikdə dünyada cəmi 31 ölkədə məhkəmə sisteminin müstəqilliyi indikatorunu yaxşılaşdırmaq mümkün olub, 41 ölkə və ərazidə isə vəziyyət pisləşib”, - deyə məlumatda qeyd olunub.

ŞƏRH YAZ
1