Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb
Bugün
44
Dünya
A
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb

Kolumbiyanın qərbində baş vermiş güclü zəlzələ nəticəsində azı 132 nəfər həlak olub, 570 nəfər isə yaralanıb.

Aktual.ge Report-a istinadən xəbər verir ki, genişmiqyaslı dağıntılar səbəbindən ölkənin 32 şəhərində qırmızı təhlükə səviyyəsi elan edilib.

Xatırladaq ki, 7,4 maqnitudalı zəlzələ bu gün yerli vaxtla səhər saat 7:34-də Kolumbiyanın qərbində baş verib. Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri paytaxt Boqotadan təxminən 280 km qərbdə yerləşib. Zəlzələ ölkə ərazisinin böyük hissəsində, o cümlədən Panamada da hiss olunub.

ŞƏRH YAZ
1