İsrail Sülh Şurasının Qəzza üzrə planını rədd etdi
09.08.2026 22:55
70
Siyasət
A
İsrail Sülh Şurasının Qəzza üzrə planını rədd etdi

İsrail Sülh Şurasının Qəzza zolağı ilə bağlı 15 bənddən ibarət planını rədd edir.

Aktual.ge xaric KİV-ə istinadən xəbər verir ki, bu bəyanatla İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasının əvvəlində çıxış edib.

"İsrail Müdafiə Ordusu HƏMAS tərk-silah olunana qədər qoşunlarını çıxarmayacaq. HƏMAS-ın tərk-silah edilməsindən danışarkən ağır silahları, nisbətən yüngül silahları, bütün növ silahları nəzərdə tuturam. Biz formal deyil, həqiqi tərk-silahdan danışırıq", - deyə Netanyahu bildirib.

"Hazırda biz bu məsələni amerikalılarla müzakirə edirik. Onların bəzi ideyaları bizim üçün məqbuldur, bəziləri isə məqbul deyil və biz buna necə qarşı duracağımızı bilirik", - deyə Netanyahu əlavə edib.

ŞƏRH YAZ
2