Üç ölkədən birinə hücum hamısına hücum sayılacaq
Bugün
37
Dünya
A
Üç ölkədən birinə hücum hamısına hücum sayılacaq

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişini imzalayıblar, ona əsasən üç ölkədən birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına edilmiş hücum kimi qiymətləndiriləcək.

Aktual.ge xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib. 

Sənəd avqustun 7-də Məkkədəki Əl-Səfa sarayında keçirilən birgə müdafiə üzrə sammitdə imzalanıb. Sazişi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif imzalayıblar.

"Saziş Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasındakı qədim tarixi əlaqələrə, onları birləşdirən qardaşlıq və İslam həmrəyliyi bağlarına, ortaq strateji maraqlara və müdafiə sahəsində çoxillik əməkdaşlığa əsaslanır. Sənəd üç ölkənin birgə təhlükəsizliyin möhkəmləndirilməsini davam etdirmək, həm regionda, həm də onun hüdudlarından kənarda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə vermək niyyətini əks etdirir", - bəyanatda qeyd olunub.

XİN-dən həmçinin vurğulanıb ki, saziş istənilən təcavüz aktlarına qarşı birgə çəkindirmənin gücləndirilməsinə yönəlib. Sənəddə xüsusilə nəzərdə tutulur ki, "üç dövlətdən birinə edilən hər hansı silahlı hücum onların hamısına edilmiş hücum kimi qiymətləndiriləcək". Saziş həmçinin müdafiə sahəsinin bütün istiqamətləri üzrə üç ölkə arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

ŞƏRH YAZ
1