SON DƏQİQƏ! DTX Marneulidə rüşvət və saxta sənədlərlə bağlı 3 nəfəri saxlayıb
Bugün
437
Siyasət
A
SON DƏQİQƏ! DTX Marneulidə rüşvət və saxta sənədlərlə bağlı 3 nəfəri saxlayıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən aparılmış istintaq hərəkətləri və operativ tədbirlər nəticəsində kommersiya rüşvəti alma, saxta rəsmi sənəd hazırlama, qrup halında kommersiya rüşvəti almağa və saxta rəsmi sənəd hazırlamağa köməklik etmə faktları üzrə Gürcüstanın 3 vətəndaşı saxlanılıb.

Bu barədə Aktual.ge xəbər portalına DTX-nın Mətbuat xidmətindən məlumat verilib.

"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Marneulidə yerləşən texniki baxış mərkəzi – “Tex-2017” MMC-nin əməkdaşının vasitəçiliyi ilə qanunsuz maddi gəlir əldə etmək məqsədilə Gürcüstan vətəndaşlarının istifadəsində olan, texniki cəhətdən nasaz avtomobillərə sistematik şəkildə müsbət nəticə ilə dövri texniki baxış sənədləri rəsmiləşdiriblər. Halbuki həmin nəqliyyat vasitələri qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermirmiş.

Saxlanılan şəxslər hesabatlarda qəsdən həqiqətə uyğun olmayan məlumatlar göstəriblər və nəticədə texniki cəhətdən nasaz avtomobillər üçün müsbət texniki baxış rəyləri verilib. Bu qanunsuz əməllərin müqabilində təqsirləndirilən şəxslər vətəndaşlardan mütəmadi olaraq pul alıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 3-cü hissəsi, 362-ci maddəsinin 1-ci hissəsi, 25-221-ci maddəsinin 4-cü hissəsinin 'a' bəndi və 25-362-ci maddəsinin 1-ci hissəsi ilə aparılır.

Bu cinayətə görə 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur" , - məlumatda qeyd olunub.

ŞƏRH YAZ
1