Kateqoriyalar
Hazırda ölkədə elektrik enerjisinin verilişi qismən bərpa olunub.
Aktual.ge xəbər verir ki, bu haqda Gürcüstan Dövlət Elektrik Sistemindən bildirib.
Məlumata görə, 24–25 iyul tarixlərində ölkədə baş vermiş sistem qəzalarından sonra Enguri Su Elektrik Stansiyasında (EngurHES) müəyyən işlər aparılırmış.
Məlumatda deyilir:
"Elektrik enerjisinin bərpası məqsədilə dərhal zəruri tədbirlər həyata keçirilib. Nəticədə hazırda ölkədə elektrik enerjisinin verilişi qismən bərpa olunub. Yaxın vaxtlarda isə elektrik enerjisinin təchizatı bütün ölkə ərazisində tam bərpa ediləcək".