18 ay ərzində Gürcüstanda məhbusların sayı 43% artıb
04.08.2026 15:16
91
Siyasət
A
18 ay ərzində Gürcüstanda məhbusların sayı 43% artıb

Vətəndaş Cəmiyyəti Fondunun hüquq məsləhətçisi Giorgi Burcanadze penitensiar müəssisələrdə saxlanılan məhbusların statistikası ilə bağlı məlumat yayıb.

Aktual.ge xəbər verir ki, o, 2025-ci ilin yanvarından 2026-cı ilin iyun ayına qədər məhbusların sayının 43% artdığını bildirib.

Burcanadzenin sözlərinə görə, bəzi həbsxanalarda məhbus sayı müəyyən edilmiş limiti keçib.

İyunun sonuna olan məlumata görə, Gürcüstan həbsxanalarında ümumilikdə 12 344 məhbus olub.

“2026-cı ilin iyun ayının vəziyyətinə görə, həbsxanalarda cəmi 12 boş yer qalıb. 2025-ci ilin yanvarından 2026-cı ilin iyun ayına qədər, yəni 18 ay ərzində Gürcüstanda məhbusların sayı 43% artıb.

2026-cı ilin iyununda 690 nəfər həbsxanadan azad edilib. Lakin buna baxmayaraq, əvvəlki ayla müqayisədə məhbusların sayı 209 nəfər artıb.

№2, №8 və №15 saylı penitensiar müəssisələrdə məhbusların sayı müəyyən edilmiş limitdən müvafiq olaraq:

  • Kutaisi №2 həbsxanasında limitdən 34% (788 məhbus) çox;
  • Qldani №8 həbsxanasında limitdən 32% (796 məhbus) çox;
  • Ksani №15 həbsxanasında limitdən 56% (364 məhbus) çoxdur”, – deyə Giorgi Burcanadze yazıb.
ŞƏRH YAZ
6