Marneuli
Bugün
51
Maraqlı
A
Marneuli "Topçu Dekor" mağazasında termofasad məhsullarına endirim kampaniyası başladı - VİDEO

Yay mövsümü ilə əlaqədar Marneulidə fəaliyyət göstərən “Topçu Dekor” mağazası termofasad məhsullarına 10 faiz endirim tətbiq edib.

Marneulinin Merab Kostava küçəsində yerləşən mağazada fərdi evlər, yaşayış binaları və kommersiya obyektləri üçün nəzərdə tutulan müxtəlif çeşiddə kvars qumlu termofasad panelləri təqdim olunur.

“Topçu Dekor” məhsulların həm pərakəndə, həm də topdansatışını həyata keçirir.

Bildirilib ki, termofasad məhsullarının satışı üzrə mağaza açmaq istəyən şəxslər “Topçu Dekor” mağazasına müraciət edə bilərlər.

Məlumat üçün bildirək ki, termofasad məhsulları yanmır, solmur, çatlamır illər keçsə də ilk günkü görünüşünü qoruyub, saxlayır.  Azərbaycan istehsalı olan termofasad panelləri evinizə estetik görünüş qazandırmaqla yanaşı, etibarlı qorunma da təmin edir. Termofasad istilik və səs izolyasiyası yaradır, divarları nəmdən, soyuqdan və günəş şüalarının təsirindən qoruyur.

ŞƏRH YAZ
3