Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən başqasının pul vəsaitlərinin dələduzluqla ələ keçirilməsi faktı üzrə Gürcüstan və Nigeriya vətəndaşlarını saxlayıb.
Bu barədə Aktual.ge xəbər portalına DTX-nın mətbuat xidmətindən məlumat verilib.
"Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşları həyata keçirilmiş istintaq və əməliyyat tədbirləri nəticəsində, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən başqasının pul vəsaitlərinin dələduzluqla ələ keçirilməsi faktı üzrə, hakim qərarı əsasında iki nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilmişdir ki, Gürcüstandə yaşayan Nigeriya vətəndaşı və 'Qardabani Futbol Klubu' MMC-nin məşqçisi Gürcüstanda müvəqqəti yaşayış icazəsinin alınmasında köməklik göstərmək məqsədilə Nigeriya vətəndaşını uydurma müqavilə ilə həmin futbol klubuna rəsmiləşdiriblər, bunun müqabilində isə ondan 3000 ABŞ dolları alıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-180-ci maddəsinin ikinci hissəsinin 'a' və 'b' bəndləri üzrə aparılır ki, bu da cəza qismində 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur" , - məlumatda deyilir.