Marneulidə Uşaq Bağçaları Birliyinə saxta ət tədarük edən şirkətin sahibi kimdir? | İllərdir tenderlərə qalib gəlirmiş...
04.08.2026 23:02
271
Kriminal
A
Marneulidə Uşaq Bağçaları Birliyinə saxta ət tədarük edən şirkətin sahibi kimdir? | İllərdir tenderlərə qalib gəlirmiş...

Marneulidə Uşaq Bağçaları Birliyinə mal əti əvəzinə at əti tədarük edən şirkətin sahibi kimdir? | Şirkət illərdir qalib gəlirmiş...

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyi külli miqdarda dələduzluq və ət məhsullarının saxtalaşdırılması ittihamı ilə iki şirkətin sahibi və direktorunu məhkəmə qərarı əsasında saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə DTX məlumat yayıb. 

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər bu ilin may ayında Marneuli və Karelidə uşaq bağçalarına mal əti əvəzinə, aldadaraq at əti tədarük ediblər.

“Tenderlər Monitoru” və dövlət satınalmaları məlumatlarına əsasən, sözügedən iki şirkət müxtəlif dövlət qurumları və bələdiyyə müəssisələrində ümumilikdə 3,4 milyon lari dəyərində tenderlər qazanıb.

Araşdırmalarımız nəticəsində məlum olub ki, Marneuli Uşaq Bağçaları Birliyinə mal əti tədarükü ilə bağlı keçirilən tenderlərdə “BGM.1” MMC-nin sahibi və direktoru Arçil Dalakişvilinin şirkəti 2022-ci ildən etibarən dəfələrlə qalib olub. Sözügedən tenderlərin ümumi dəyəri 844 min 215,65 lari təşkil edib.

DTX-nın saxladığı "BGM.1” MMC-nin şirkətinin Marneulidə qalib olduğu tenderlərin siyahısı aşağıdakı kimidir:

- Marneuli bələdiyyəsi ərazisindəki Uşaq Bağçaları Birliyi (Məktəbəqədər Təhsil Mərkəzi) — 23.12.2025 — 218 357 lari;

- Marneuli bələdiyyəsi ərazisindəki Uşaq Bağçaları Birliyi (Məktəbəqədər Təhsil Mərkəzi) — 21.07.2025 — 142 875 lari;

- Marneuli bələdiyyəsi ərazisindəki Uşaq Bağçaları Birliyi (Məktəbəqədər Təhsil Mərkəzi) — 26.11.2024 — 112 342,50 lari;

- Marneuli bələdiyyəsi ərazisindəki Uşaq Bağçaları Birliyi (Məktəbəqədər Təhsil Mərkəzi) — 11.07.2024 — 84 165,65 lari;

- Marneuli bələdiyyəsi ərazisindəki Uşaq Bağçaları Birliyi (Məktəbəqədər Təhsil Mərkəzi) — 28.11.2023 — 84 875 lari;

- Marneuli bələdiyyəsi ərazisindəki Uşaq Bağçaları Birliyi (Məktəbəqədər Təhsil Mərkəzi) — 30.08.2023 — 82 670 lari;

- Marneuli bələdiyyəsi ərazisindəki Uşaq Bağçaları Birliyi (Məktəbəqədər Təhsil Mərkəzi) — 21.12.2022 — 118 930,50 lari.

Bundan əlavə, sözügedən şirkət Tbilisidə də ət ilə bağlı müxtəlif tenderlərin qalibi olub.

Kareli Uşaq Bağçaları Birliyinə mal əti əvəzinə at əti tədarük edən 'Gürcü Ət Məhsulları Ferması' şirkətinin sahibi və direktoru isə Mamuka Menteşaşvilidir. O, Siqnaği və Tetritskaroda Uşaq Bağçaları Birliyinə 2025-2026-cı illərdə ət tədarükü ilə bağlı tenderlərin qalibi olub.

ŞƏRH YAZ
1