İsti hava dalğası ilə bağlı ciddi xəbərdarlıq | Mərkəzdən əhaliyə çağırış
Bugün
154
Maraqlı
A
İsti hava dalğası ilə bağlı ciddi xəbərdarlıq | Mərkəzdən əhaliyə çağırış

Yay günlərinin isti keçməsi ilə əlaqədar olaraq, Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi vətəndaşlara tövsiyələrlə müraciət edir.

Aktual.ge xəbər verir ki, Mərkəz yüksək temperatur dövründə günün ən isti saatlarında küçədə hərəkət etməkdən çəkinməyin məsləhətli olduğunu bildirib.

Mütəxəssislər əhalini kifayət qədər miqdarda su içməyə çağırır, spirtli, şirin və tərkibində kofein olan içkilərdən istifadə etməməyi tövsiyə edirlər.

"Yüksək intensivlikli fiziki fəaliyyətdən çəkinmək və onu günün nisbətən sərin vaxtına – səhər saatlarına keçirmək tövsiyə olunur“ , - bildirilib.

Mərkəz valideynləri və ev heyvanı sahiblərini ciddi şəkildə xəbərdar edir ki, uşaqları və heyvanları qapalı avtomobildə tərk etmək yolverilməzdir, çünki yüksək temperatur onların sağlamlığına və həyatına ciddi təhlükə yaradır.

"Küçəyə çıxarkən açıq rəngli, sərbəst və təbii parçadan olan geyim geyinmək, həmçinin papaq, çətir və günəş eynəyindən istifadə etmək tövsiyə olunur. Yaşayış məkanında isə sərinliyi qoruyub saxlamaq, otaqları isə gecə və səhər saatlarında havalandırmaq vacibdir.

İstilik dalğaları və yüksək temperatur ictimai sağlamlıq üçün əsas çağırışlardan biri olaraq qalır. İqlim dəyişikliyi fonunda Gürcüstanda da yüksək temperatur epizodlarının tezliyi və müddəti artır ki, bu da temperatura həssas xəstəliklərin yayılmasına, həmçinin xroniki yoluxucu olmayan xəstəliklərin kəskinləşməsinə kömək edir" , - deyə məlumatda qeyd olunub.

ŞƏRH YAZ
0