Etirazçılar bu gündən Parlament əvəzinə Şəhər Şurasının qarşısında toplaşacaq
Bugün
244
Siyasət
A
Etirazçılar bu gündən Parlament əvəzinə Şəhər Şurasının qarşısında toplaşacaq

Tbilisidə davamlı etiraz aksiyasının iştirakçıları bu gündən etibarən Parlamentin qarşısında deyil, Şəhər Şurasının ("Sakrebulo") qarşısına toplaşacaqlar.

Aktual.ge xəbər verir ki, etirazçılar bu qərarı paytaxtın əsas prospekti olan Rustavelidə bərpa işlərinin aparılması səbəbindən qəbul etdiklərini açıqlayıblar.

Onların sözlərinə görə, ən məntiqli qərar müvəqqəti olaraq şəhər şurasının qarşısına köçmək və bərpa işləri başa çatdıqdan sonra yenidən əvvəlki yerə qayıtmaq olacaq.

“Qeyri-legitim hökuməti bu etirazın çox əsəbiləşdirdiyi və qıcıqlandırdığı faktdır. Əminəm ki, etirazlar daha da artacaq. Onlar bu dağıntılarla və parçalamaqla bu insanları dayandıra bilməyəcəklər. Xalq daha da böyük reaksiya verəcək və onlar daha pis nəticə əldə edəcəklər”, - deyə mülki fəal Saba Svitiridze deyib.

ŞƏRH YAZ
0