Müfti tələbə adını qazanan gəncləri təbrik edir
Bugün
132
Mədəniyyət
A
Müfti tələbə adını qazanan gəncləri təbrik edir

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov tələbə adını qazanan gəncləri təbrik edib.

Aktual.ge xəbər verir ki, müfti sosial şəbəkə hesabında paylaşdığı təbrik mesajında qeyd edib:

"Əziz abituriyentlər ! ​Qəbul imtahanında uğur qazanan bütün gənclərimizi ürəkdən təbrik edir, onlara elm yolunda bərəkətli və xeyirli ömür arzulayıram.

​İstədiyi nəticəni əldə edə bilməyən qardaş və bacılarımıza isə ruhdan düşməməyi tövsiyə edirəm. Hər çətinlikdən sonra bir asanlıq vardır. İnşallah, Allah-Təala növbəti cəhdinizdə sizlərə daha böyük müvəffəqiyyətlər nəsib edər.

​Allah bütün övladlarımızın yolunu açıq, gələcəyini xeyirli və bərəkətli etsin!".

ŞƏRH YAZ
1