Qanlı hadisə: 2 nəfəri bıçaqlayan şəxs saxlanılıb
31.07.2026 11:56
737
Kriminal
A
Qanlı hadisə: 2 nəfəri bıçaqlayan şəxs saxlanılıb

Hüquq-mühafizə orqanlarının əməkdaşları Qori şəhərində baş vermiş bıçaqlanma faktı ilə bağlı bir nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Qurumun məlumatına görə, şübhəli şəxs kafe-barda başlayan münaqişə zamanı iki nəfərə soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçıb.

"Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Qori Rayon İdarəsinin əməkdaşları sağlamlığa qəsdən yüngül xəsarət yetirmək ittihamı ilə bir nəfəri saxlayıblar.

İstintaq müəyyən edib ki, cari ilin 30 iyul tarixində təqsirləndirilən şəxs Qori şəhərində yerləşən kafelərdən birində mübahisə zəminində yaranmış münaqişə nəticəsində iki nəfərə soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi isti izlərlə saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", - məlumatda deyilir.

ŞƏRH YAZ
0