Qızılhacılı kəndində təbii qaz ətrafında nələr baş verir? | Nəriman Allahverdiyevdən müzakirələrə səbəb olacaq açıqlama
31.07.2026 21:29
98
Hadisə
A
Qızılhacılı kəndində təbii qaz ətrafında nələr baş verir? | Nəriman Allahverdiyevdən müzakirələrə səbəb olacaq açıqlama

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində fəaliyyət göstərən Mamed Gas şirkətinin lisenziyasının ləğvi ilə bağlı SOCAR Georgia Gas-ın açıqlamasına şirkətin rəhbəri Nəriman Allahverdiyev münasibət bildirib.

O qeyd edib ki, SOCAR-ın bu məsələdə qanuni səlahiyyəti yoxdur.

Onun sözlərinə görə, 31 iyuldan etibarən şirkətin abonentləri üçün təbii qazın tarifi 42 tetri olacaq.

Mamed Gas şirkətinin rəhbəri öz abonentlərinə müraciət edərək bildirib ki, heç kim SOCAR-a gedərək yenidən qeydiyyatdan keçməsin. O vurğulayıb ki, Mamed Gas-ın abonentləri əvvəlki qaydada, adi rejimdə şirkət tərəfindən təbii qazla təmin olunmağa davam edəcəklər.

Qeyd edək ki, məsələni dəqiqləşdirmək üçün SOCAR Georgia Gas şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, konkret açıqlama verilməyib.

Daha ətraflı Salo Salahlının video süjetində:

ŞƏRH YAZ
0