Kateqoriyalar
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, avqustun 1-dək Gürcüstan ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq.
Aktual.ge xəbər verir ki, proqnoza əsasən, ölkənin müxtəlif bölgələrində arabir yağış yağacağı, şimşək çaxacağı, güclü külək əsəcəyi, bəzi ərazilərdə isə dolu düşəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir ki, intensiv yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi arta, kiçik çaylarda daşqınlar baş verə, dağlıq və dağətəyi ərazilərdə isə sel və torpaq sürüşməsi təhlükəsi yarana bilər.
Havanın temperaturu gündüz saatlarında +29…+31, gecə isə +20…+22 dərəcə isti olacaq.