Sentyabrın 1-dən ödənişli təcrübə proqramı çərçivəsində təxminən 3000 vakansiya elan olunacaq.
Aktual.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani məlumat verib.
Onun sözlərinə görə, hökumət bələdiyyələrə müraciət edərək ödənişli təcrübə keçmək istəyən gənclər üçün ayrılmış ilkin kvotaların artırılmasını istəyib ki, onlar öz rayon və regionlarında təcrübə keçə bilsinlər.
“Sentyabrın 1-dən etibarən təxminən 3000 təcrübə vakansiyası elan edəcəyik. Bizim üçün dövlət xidmətinə yeni nəslin və yeni kadrların cəlb olunması çox vacibdir. Əvvəlki təcrübə proqramının nəticələrinə əsasən, iştirakçıların təxminən 50 faizi ya təcrübəsini davam etdirib, ya da təcrübə keçdiyi qurumda işlə təmin olunub. Bələdiyyələrdən xahiş etdik ki, təcrübə proqramı üzrə ilkin kvotaları artırsınlar. Eyni zamanda, onlara bir daha çağırış edirik ki, bu proqramı mümkün qədər hər kənd və yaşayış məntəqəsi səviyyəsində əlçatan etsinlər. Beləliklə, daha çox gənc öz regionunda və öz rayonunda ödənişli təcrübə keçmək imkanı əldə edəcək” , - deyə Levan Jorjoliani "Imedi" telekanalına müsahibəsində bildirib.