Gürcüstanda orta maaş rəqəmləri açıqlandı
09.10.2026 14:39
416
İqtisadiyyat
A
Gürcüstanda orta maaş rəqəmləri açıqlandı

2025-ci ildə ölkədə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 9,9% (194,5 lari) artaraq 2 165,2 lari təşkil edib. 

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat verib.

Məlumatda bildirilir ki, 2025-ci ildə əvvəlki illə müqayisədə demək olar ki, bütün sektorlarda əməkhaqlarının artımı qeydə alınıb.

“Fəaliyyət sahələri üzrə ən yüksək əməkhaqqı aşağıdakı sahələrdə qeydə alınıb:

Maliyyə və sığorta fəaliyyəti – 4 123,6 lari (əvvəlki illə müqayisədə 12,1% artım);

İnformasiya və kommunikasiya – 4 042,6 lari (3% artım);

Tikinti – 3 026,1 lari (13,5% artım).

2025-ci ildə qadınların orta aylıq əməkhaqqı 1 743,4 lari, kişilərin isə 2 586,5 lari olub. Qadınların əməkhaqqı əvvəlki illə müqayisədə 151,8 lari (9,5%), kişilərin əməkhaqqı isə 245,9 lari (10,5%) artıb.

Fəaliyyət sahələri üzrə kişilərin orta aylıq əməkhaqqı demək olar ki, bütün sektorlarda qadınların orta aylıq əməkhaqqından yüksək olub.

2025-ci ildə dövlət sektorunda əməkhaqqı 12,8%, qeyri-dövlət sektorunda isə 8,7% artıb. Müvafiq olaraq, bu göstəricilər 1 895,4 və 2 301 lari təşkil edib. 2025-ci ildə muzdla çalışanların dövlət sektorunda orta aylıq nominal əməkhaqqı qeyri-dövlət sektoru ilə müqayisədə 405,6 lari (17,6%) az olub.

2025-ci ildə sahibkarlıq (biznes) sektorunda muzdla çalışanların orta aylıq əməkhaqqı 173,9 lari (8,6%) artaraq 2 198,4 lari təşkil edib. Fəaliyyət sahələri üzrə ən yüksək əməkhaqqı informasiya və kommunikasiya (4 097,1 lari, əvvəlki illə müqayisədə 2,2% artım), həmçinin peşəkar, elmi və texniki fəaliyyət sahələrində (3 340,7 lari, 6,1% artım) qeydə alınıb.

2025-ci ildə qeyri-sahibkarlıq və maliyyə sektorunda orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 233,7 lari (12,5%) artaraq 2 100,5 lari təşkil edib. Fəaliyyət sahələri üzrə nisbətən yüksək əməkhaqqı maliyyə və sığorta fəaliyyəti sahəsində çalışanlara məxsusdur. Orta əməkhaqqı ən yüksək Tbilisi və Mtsxeta-Mtianeti bölgəsində qeydə alınıb”, - məlumatda qeyd olunub.

ŞƏRH YAZ
7