Rusiya ərazisində yerləşən gürcü kilsələrindən birinin bərpası prosesinə, böyük ehtimalla, gürcü mütəxəssislər cəlb olunacaq.
Aktual.ge xəbər verir ki, bunu Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri, protoierey Andria Caqmaidze IPN-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, kilsənin bərpası məsələsi ilə bağlı tərəflər arasında dialoq artıq başlayıb. Gürcü alimlərinin də Rusiyaya səfər edəcəyi nəzərdə tutulur.
“Hələlik təfərrüatlara malik deyilik, bu kilsə Moskvada deyil, lakin Rusiyadadır. Hələlik başqa bir şey deyə bilmərəm, vaxtı çatanda və işə başlayanda bu barədə məlumat verəcəyik və [qrupun gedişi haqqında] məlumatı gizlətməyəcəyik. Mən bu qrupa daxil deyiləm, bütün bunlar hələ başlanğıc mərhələsindədir.
Əsas olan odur ki, bərpa prosesinə elmi heyət də cəlb olunsun”, - deyə o, qeyd edib.