Kateqoriyalar
Rustavidə yeni penitensiar müəssisə açılacaq. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyindən yerli mətbuata məlumat verilib.
Bildirilib ki, cəzaçəkmə müəssisəsi məhbusları 2027-ci ilin əvvəlində qəbul edəcək.
Məlumata görə, yeni həbsxana 150 məhbus üçün nəzərdə tutulub.
Ədliyyə Nazirliyindən bildirilib:
“Rustavidə yaxın aylarda yeni penitensiar müəssisə açılacaq. Onun tikintisi, demək olar ki, artıq başa çatıb. Yeni müəssisə üçün müvafiq kadr resursunun təmin edilməsi zərurətindən irəli gələrək, gələn ilin büdcəsində müvafiq ştat cədvəli nəzərdə tutulacaq. Buna görə də gələn, 2027-ci ilin əvvəlində yeni müəssisə artıq məhbusların qəbuluna hazır olacaq”.