“Mamed Gas” şirkətinin prezidenti Nəriman Allahverdiyev azadlığa buraxılıb.
Bu barədə Aktual.ge xəbər portalına onun vəkili Rövşən Ziyədaliyev məlumat verib.
Vəkilin sözlərinə görə, bundan sonra Nəriman Allahverdiyevin məhkəmə prosesi azadlıqda davam edəcək.
O bildirib ki, müvəkkili 100 min lari girov müqabilində sərbəst buraxılıb. Məhkəmə girov məbləğinin ödənilməsi üçün bir həftə vaxt verib.
Rövşən Ziyədaliyevin sözlərinə görə, növbəti məhkəmə iclası 21 oktyabrda Rustavi Şəhər Məhkəməsində keçiriləcək.
Qeyd edək ki, Nəriman Allahverdiyev avqustun 20-i səhər saatlarında saxlanılmışdı.
Daxili İşlər Nazirliyindən bildirilmlişdi ki, Nəriman Allahverdiyev maliyyə mübahisəsi və daxil olan şikayətlərlə bağlı məhkəməyə gəlmədiyi üçün axtarışa verilib və məhz bu əsasla saxlanılıb. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət təqibi həyata keçirilir.