“Qardabanoba 2026” keçirilib
06.10.2026 13:41
233
Mədəniyyət
A
“Qardabanoba 2026” keçirilib

Qardabani Mərkəzi Parkında bələdiyyənin əsas xalq bayramı – “Qardabanoba 2026” keçirilib.

Aktual.ge xəbər verir ki, bu barədə Qardabani Meriyası məlumat yayıb.

Bildirilib ki, tədbirin əsas hissələrindən biri fəxri qardabanililərin mükafatlandırılması mərasimi olub. Bu il yeddi nəfərə “Fəxri Qardabanili” adı verilib.

Fəxri qardabanililərə mükafatları Qardabani Bələdiyyəsinin meri Davit Kargareteli, Bələdiyyə Məclisinin sədri Mixeil Qedexauri, Kvemo Kartli qubernatoru İlia Jaloğania və Parlamentin üzvləri Savalan Mirzəyev və İrakli Şatakişvili təqdim ediblər.

Bayram çərçivəsində sərgi və əyləncə məkanları təşkil olunub. Yerli sahibkarların məhsulları, həmçinin gürcü və azərbaycanlıların etnoqrafik və qastronomik guşələri təqdim edilib.

Parkın ərazisində xüsusi olaraq uşaqlar üçün əyləncə məkanı yaradılıb və burada balacalar üçün müxtəlif fəaliyyətlər təşkil olunub.

Axşam saatlarında tamaşaçılar qarşısında Salome Bakuradze, Şaban Məmmədov və “Gecə Şousu”nun qrupu çıxış edib. Tədbir DJ-in musiqi proqramı və atəşfəşanlıqla başa çatıb.

“Qardabanoba” bələdiyyənin əsas xalq bayramıdır və yerli ənənələrin, mədəni müxtəlifliyin və ictimai birliyin nümayiş etdirilməsinə xidmət edir.

ŞƏRH YAZ
3