Madriddə yüzlərlə insan mənzil problemi ilə bağlı çadır aksiyasını davam etdirir
Bugün
56
Dünya
A
Madriddə yüzlərlə insan mənzil problemi ilə bağlı çadır aksiyasını davam etdirir

İspaniyanın paytaxtı Madriddə yüzlərlə insan mənzil problemi ilə bağlı bir neçə gündür davam edən etiraz aksiyası çərçivəsində Puerta-del-Sol meydanında çadır quraraq qalır. Məlumatı “Reuters” yayıb.

Aktual.ge xəbər verir ki, agentliyin məlumatına görə, etiraz aksiyası şənbə günü evdən çıxarılmalara qarşı keçirilən nümayişdən sonra başlayıb və tədricən genişlənib. Meydana yeni qruplar qoşulur və hazırda burada yüzlərlə çadır qurulub.

Etirazın arxasında dayanan kirayəçilər həmkarlar ittifaqı çərşənbə günü axşam müxtəlif əmək mübarizələrini də aksiyaya birləşdirib. Məqsəd hərəkatın əhatə dairəsini genişləndirmək və ümumi tətilə doğru irəliləməkdir.

ŞƏRH YAZ
0