Bugün
153
Mədəniyyət
A
"Tbilisoba" şəhər bayramı keçirilir

Tbilisidə "Tbilisoba" şəhər bayramı keçirilir.

Aktual.ge xəbər verir ki, bayram tədbiri oktyabrın 4-ə qədər davam edəcək.

Bayram məkanlarında müxtəlif mədəni, əyləncəli və maarifləndirici proqramlar, konsertlər, idman və uşaq tədbirləri keçirilir. Ərazilərdə bayram dekorasiyaları, instalyasiyalar, foto və istirahət zonaları, həmçinin açıq hava kinoteatrları yaradılıb.

Hər iki günün proqramı musiqi axşamları və teatr tamaşaları ilə davam edir.

Bayram proqramı çərçivəsində Azərbaycanın "Uzundərə" və "Sarı gəlin" rəqslərini təqdim ediləcək.

Qeyd edək ki, "Tbilisoba" Tbilisidə hər il keçirilən şəhər bayramıdır və müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə paytaxtın çoxmillətli mədəniyyətini də nümayiş etdirir.

 

ŞƏRH YAZ
0