Marneulidə şagirdlər arasında OXU Olimpiadası keçiriləcək
01.10.2026 22:40
86
Mədəniyyət
A
Marneulidə şagirdlər arasında OXU Olimpiadası keçiriləcək

Marneulidə 2–12-ci sinif şagirdləri arasında OXU Olimpiadası – “Payız Semestri” keçiriləcək.

Aktual.ge xəbər verir ki, bu barədə OXU Təhsil Mərkəzi məlumat verib.

Bildirilib ki, Olimpiada OXU Təhsil Mərkəzi və İnkişaf və Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Olimpiadanın ilk turu 17–18 oktyabr 2026-cı il tarixlərində keçiriləcək. Şagirdlər Gürcü dili, Riyaziyyat və İngilis dili fənləri üzrə biliklərini sınayacaqlar.

İştirak ödənişlidir. İlk tur üçün hər fənn üzrə iştirak haqqı 10 lari təşkil edir. Şagirdlər bir və ya bir neçə fənn üzrə olimpiadaya qatıla bilərlər.

Qeydiyyatdan keçmək üçün linkə daxil olmaq mümkündür.

Ətraflı məlumat üçün 555 68 46 35 nömrəsi ilə əlaqə saxlamaq olar.

ŞƏRH YAZ
1