Kateqoriyalar
Marneulidə 13 yaşlı qızın əkiz uşaq dünyaya gətirməsi ilə bağlı istintaqa başlanılıb.
Bu barədə Aktual.ge xəbər portalının sorğusuna DİN-dən məlumat verilib.
"İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 140-cı maddəsinin 1-ci hissəsi ilə aparılır" , - qurumdan bildirilib.
Qeyd edək ki, Gürcüstan Cinayət Məcəlləsinin 140-cı maddəsi 16 yaşına çatmamış şəxsin bədəninə cinsi xarakterli nüfuz etmə ilə bağlı cinayəti nəzərdə tutur. Bu maddəyə əsasən, 7 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.
Məlumat üçün bildirək ki, hüquq müdafiəçisi Samira Bayramova sosial şəbəkədə Marneulidə 13 yaşlı qızın doğum klinikasında əkiz uşaq dünyaya gətirdiyini yazıb. Onun sözlərinə görə, körpələrdən biri vəfat edib, digərinin isə vəziyyəti ağırdır.