Marneulidə Sahib Bayramovu amansızca qətlə yetirən şəxsə ömürlük həbs cəzası verilib - VİDEO
30.09.2026 23:38
150
Kriminal
A
Marneulidə Sahib Bayramovu amansızca qətlə yetirən şəxsə ömürlük həbs cəzası verilib - VİDEO

Marneuli bazarındakı qətllə bağlı iki nəfərə hökm oxunub.

Rustavi Şəhər Məhkəməsi Marneuli bazarında yanvarın 4-də baş verən silahlı insidentlə bağlı iki şəxsi təqsirli bilib. Məhkəmənin qərarı ilə onlardan biri ömürlük, digəri isə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Gürcüstan Prokurorluğunun məlumatına görə, „oğru dünyası“ üzvü olan təqsirləndirilən şəxs digər „oğru dünyası“ üzvünün təşkilatçılığı və göstərişi ilə Marneuli bazarında ata və oğula dəfələrlə atəş açıb.

Atəş nəticəsində 26 yaşlı Sahib Bayramov ağır xəsarətlər alıb və həmin gün xəstəxanada dünyasını dəyişib. Onun atası isə güllə yarası alıb və vaxtında göstərilən tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olub.

Qətlin bilavasitə icraçısı yanvarın 7-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Digər şəxsə isə qətlin təşkili və sifarişi, iki şəxsin öldürülməsinə cəhd, hədə-qorxu ilə tələb etmə, silah və döyüş sursatının qanunsuz əldə edilməsi və digər cinayətlərlə bağlı qiyabi ittiham irəli sürülüb.

Prokurorluğun bildirdiyinə görə, məhkəmə prosesində təqdim olunan sübutlar əsasında hər iki şəxs irəli sürülmüş ittihamlar üzrə təqsirli bilinib və barələrində müvafiq hökm çıxarılıb.

ŞƏRH YAZ
1