KİV: Hökumətdə dəyişikliklər planlaşdırılır
Bugün
439
Siyasət
A
KİV: Hökumətdə dəyişikliklər planlaşdırılır

Gürcüstan hökumətində yeni kadr dəyişikliklər planlaşdırılır.

Aktual.ge xəbər verir ki, bu barədə "TvPirveli" telekanalı məlumat yayıb.

Mövcud məlumata əsasən, söhbət ən azı iki nazirdən gedir, lakin “Gürcü Arzusu”nda dəyişikliklərin olacağı təkzib edilir.

Parlamentin üzvü Levan Maçavariani bildirir ki, planlaşdırılan dəyişikliklər artıq həyata keçirilib. Onun sözlərinə görə, bütün mühüm məsələlərlə bağlı Bidzina İvanişvili ilə məsləhətləşmələr aparılır.

“Mənim məlumatıma görə, baş verən dəyişikliklər nəzərdə tutulan dəyişikliklər idi və yeni dəyişikliklər planlaşdırılmır. Nazirlərlə bağlı qərarları baş nazir qəbul edir. Ölkəmiz üçün çox mühüm olan istənilən qərarla bağlı, əlbəttə ki, Bidzina İvanişvili ilə məsləhətləşmələr aparılır”, – deyə millət vəkili bildirib.

Digər bir millət vəkili Bejan Tsakadze isə deyib ki, əgər dəyişikliklər planlaşdırılırsa, bu, yalnız ölkənin xeyrinədir.

ŞƏRH YAZ
0