Tbilisi metrosu yenilənir: 111 yeni vaqon gətiriləcək - FOTO
Bugün
205
Maraqlı
A
Tbilisi metrosu yenilənir: 111 yeni vaqon gətiriləcək - FOTO

"Tbilisi metrosunun 111 yeni vaqonla yenilənməsi şəhərimizin həyatında həqiqətən tarixi hadisədir. Çünki Tbilisi metrosuna sonuncu dəfə 34 il əvvəl yeni vaqonlar əlavə edilib".

Aktual.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze Çində, metro vaqonları istehsal edən CRRC şirkətinə səfəri zamanı bildirib.

Belə ki, səfər çərçivəsində məhz Tbilisi metrosu üçün istehsal olunan yeni qatarın təqdimat mərasimi keçirilib.

Tədbirdə bildirilib ki, Gürcüstanın paytaxtı üçün xüsusi olaraq yeni metro vaqonları hazırlanıb. Bu vaqonlar Tbilisi metrosunun ayrılmaz hissəsinə və Gürcüstan-Çin dostluğunun simvoluna çevrilməlidir.

Tədbirin “Tbilisi metrosunun uğurlu inkişafı” şüarının real perspektiv olduğu qeyd edilib.

Çıxışı zamanı Tbilisi meri Kaxa Kaladze paytaxt üçün metronun əhəmiyyətindən danışaraq bildirib ki, bugünkü gün metroya yeni həyat verilir.

“Bu gün dünyanın ən böyük metro vaqonu istehsalçılarından biri olan CRRC şirkətində paytaxtımız üçün çox mühüm yeniliklə bağlı burada olmaqdan və bu sevindirici hadisəni sizinlə birlikdə qeyd etməkdən məmnunam. Tbilisi metrosunun 111 yeni vaqonla yenilənməsi şəhərimizin həyatında həqiqətən tarixi hadisədir. Çünki Tbilisi metrosuna sonuncu dəfə 34 il əvvəl yeni vaqonlar əlavə edilib. Tbilisi metrosunun uzun tarixi var. Vaxtilə onun yaradılması şəhərin nəqliyyat inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri idi. Bu gün biz həmin tarixi davam etdirir və müasir Tbilisinin ehtiyaclarına cavab verməli olan metroya yeni həyat veririk.

Metro Tbilisi üçün sadəcə nəqliyyat vasitəsi deyil. O, şəhərin gündəlik həyatının bir hissəsidir. Bu, hər gün yüz minlərlə insanın istifadə etdiyi nəqliyyat vasitəsidir. Buna görə də metronun yenilənməsi yalnız nəqliyyatın modernləşdirilməsi demək deyil. Bu, daha rahat, təhlükəsiz və müasir mühitin yaradılması istiqamətində atılan addımdır”, - deyə Kaxa Kaladze qeyd edib.

Merin məlumatına görə, artıq tam müasir standartlara uyğun ilk 4 vaqonlu qatar tərkibinin istehsalı başa çatıb və həmin qatar ilin sonunda Tbilisidə olacaq.

Kaxa Kaladzenin sözlərinə görə, ümumilikdə Tbilisi metrosuna 25 yeni qatar əlavə ediləcək. Onlardan 14-ü 4 vaqonlu, 11-i isə 5 vaqonlu olacaq.

ŞƏRH YAZ
1