Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları ailənin yetkinlik yaşına çatmayan üzvünü evlənməyə məcbur etmək ittihamı ilə bir nəfəri saxlayıblar.
Aktual.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan nəvəsini gender ayrı-seçkiliyi əlaməti və dözümsüzlük motivi ilə, onun iradəsinin əleyhinə olaraq, kənd sakini olan bir kişi ilə evlənməyə məcbur edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri istintaq tədbirləri nəticəsində qadını təqsirləndirilən şəxs qismində saxlayıblar.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 11¹-150¹-ci maddəsi ilə aparılır. Sözügedən maddə 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.