Gürcüstan millisinin baş məşqçi istefa verib
26.09.2026 14:51
160
İdman
A
Gürcüstan millisinin baş məşqçi istefa verib

Villi Sanyol Gürcüstan milli futbol komandasının baş məşçisi postundan ayrılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyası məlumat yayıb.

Federasiyanın məlumatına görə, 2028-ci ilin sonunadək milli komandaya gürcü mütəxəssis Ramaz Svanadze rəhbərlik edəcək.

21 yaşadək futbolçulardan ibarət milli komandaya rəhbərlik edən Svanadzeni isə seçmə mərhələnin son üç oyununda onun köməkçisi Giorgi Adamiya əvəz edəcək.

“Gürcüstan milli futbol komandasına 2028-ci ilin sonunadək gürcü mütəxəssis Ramaz Svanadze rəhbərlik edəcək. Svanadze baş məşqçi postunda fransalı Villi Sanyolu əvəzləyəcək.

Sanyol 2021-ci ilin fevralından Gürcüstan millisinin baş məşqçisi olub. Bu müddət ərzində milli komanda 57 oyun keçirib. Sanyolun rəhbərliyi altında Gürcüstan millisi tarixi uğura imza atıb. 2024-cü ildə komanda ilk dəfə Avropa çempionatının final mərhələsində iştirak edib. Milli komanda qrup mərhələsini keçərək turnirin ən yaxşı 16 komandası sırasına düşüb. Ramaz Svanadze indiyədək Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına rəhbərlik edib və gənclər komandası ilə birlikdə iki dəfə Avropa çempionatının final mərhələsində iştirak edib.

Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının seçmə mərhələsinin son üç oyununda Svanadzeni onun köməkçisi Giorgi Adamiya əvəz edəcək.

Gürcüstan millisində keçirdiyi hər dəqiqə və bu tarixi yolda birlikdə yaşadığımız bütün emosiyalar üçün Villi Sanyola təşəkkür edirik”, - deyə məlumatda bildirilir.

 

ŞƏRH YAZ
1