26.09.2026 15:46
481
Siyasət
A
"Hereti Kürmük Müqəddəs Giorgi kilsəsi ətrafında baş verən məsələdə Rusiya maraqlıdır" | Zaza Bibilaşvili

“İlia Çavçavadze Mərkəzi”nin təsisçisi Zaza Bibilaşvili hesab edir ki, Hereti Kürmük Müqəddəs Giorgi kilsəsi ətrafında baş verən məsələdə Rusiya maraqlıdır. 

Aktual.ge xəbər verir ki, o, deyib ki, Rusiya uzun müddətdir Gürcüstanla Azərbaycan arasında münasibətləri gərginləşdirməyə çalışır.

“Rusiya çox uzun müddətdir Gürcüstanla Azərbaycan arasında münasibətləri gərginləşdirməyə çalışır. Əgər söhbət keçmişdən və tarixdən gedirsə, mən Gürcüstan Patriarxlığı və ya hökuməti tərəfindən işğal xəttinin o tərəfində, Abxaziya və Tsxinvali regionunda qalan İlor kilsəsinin vandalizmə məruz qalması və ya digər abidələrlə bağlı hər hansı açıqlamanı xatırlamıram. Türkiyə ərazisində yerləşən böyük tarixi abidələrlə bağlı da hər hansı qayğının ifadə edildiyini görmürük”, - deyə Zaza Bibilaşvili qeyd edib.

Xatırladaq ki, sentyabrın 24-də Gürcüstan Patriarxlığı bəyanat yayaraq Azərbaycandakı Kürmük məbədi və onun ətrafında aparılan işlərin narahatlıq doğurduğunu bildirib. Patriarxlığın açıqlamasında qeyd olunub ki, Patriarxlıq bu işlərlə bağlı Azərbaycanın müvafiq qurumlarından məlumat almayıb və bir sıra sualların olduğunu bildirib: hansı işlər görülür, bu işlər hansı araşdırmalara əsaslanır, onları kim həyata keçirir və gürcü mədəni irs abidəsinin qorunması necə təmin olunur?

Azərbaycan tərəfi dünən açıqlama ilə Patriarxlığın mövqeyinə cavab verib. Azərbaycan XİN-dən bildirilib ki, Azərbaycanın ərazisində yerləşən bütün tarixi, mədəni və dini abidələr Azərbaycan xalqının və dövlətinin milli irsinin ayrılmaz hissəsidir.

Bununla əlaqədar Rəsmi Bakı hesab edir ki, Patriarxlığın mövqeyi iki ölkə arasında mövcud olan strateji və dostluq münasibətlərinə ziddir. Azərbaycan tərəfinin açıqlamasında, həmçinin ölkə ərazisində mövcud olan coğrafi və tarixi toponimlərin başqa adlarla ifadə edilməsinin qəbuledilməz olduğu bildirilib.

ŞƏRH YAZ
1