27 sentyabrda Tbilisidə “Abxaziya Gürcüstandır, qəhrəmanlara eşq olsun” yürüşü keçiriləcək.
Aktual.ge xəbər verir ki, təşkilatçıların sosial şəbəkələrdə yaydığı məlumata görə, yürüş iştirakçıları sentyabrın 27-də saat 19:00-da Tbilisi Dövlət Universitetinin qarşısında toplaşacaq və Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad etmək üçün yürüşlə Qəhrəmanlar Memorialına gedəcəklər.
“27 sentyabr Suxuminin işğal edildiyi gündür - 1992-ci ildə gürcü dövlətçiliyini hələ başlanğıcındaca məhv etmək məqsədilə Abxaziyada bir il davam edən qanlı müharibəyə başlayan və gürcülərə qarşı soyqırımı törədən Gürcüstanın çoxəsrlik düşməninin kim olduğunu bizə xatırladan gün.
Qəhrəmanlara eşq olsun! Abxaziya Gürcüstandır! Rusiya düşməndir!”, - məlumatda deyilir.