Rəsmi Moskva: Gürcüstana tələblər irəli sürüb
Bugün
136
Dünya
A
Rəsmi Moskva: Gürcüstana tələblər irəli sürüb

Rusiya, Sxinvali və Abxaziya Gürcüstandan hücum etməməyə dair hüquqi baxımdan məcburi təminatlar tələb edir.

Aktual.ge xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Sentyabrın 23-də Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin işğal olunmuş Abxaziyanın qondarma xarici işlər naziri Oleq Bartsits və işğal olunmuş Sxinvalinin qondarma prezidentinin müşaviri Konstantin Koçiyevlə görüşüb.

“Abxaziya və Cənubi Osetiyada möhkəm təhlükəsizliyin təmin edilməsinin prioritet xarakter daşıdığı vurğulanıb. Moskva, Suxumi və Sxinvalinin qənaətinə görə, bu əsas vəzifənin həlli Tbilisinin iki gənc respublikaya qarşı güc tətbiq etməməsinə dair hüquqi baxımdan məcburi təminatların hazırlanması, eləcə də Gürcüstan–Abxaziya və Gürcüstan–Cənubi Osetiya dövlət sərhədlərinin delimitasiyası və sonrakı demarkasiyası olmadan mümkün deyil”, - deyə bəyanatda qeyd olunub.

ŞƏRH YAZ
3