Gürcüstan 2032-ci ilədək nəqliyyat infrastrukturuna 7 milyard dollar yatıracaq
Bugün
72
İqtisadiyyat
A
Gürcüstan 2032-ci ilədək nəqliyyat infrastrukturuna 7 milyard dollar yatıracaq

Gürcüstan 2032-ci ilədək nəqliyyat infrastrukturunun inkişafı üçün təxminən 7 milyard ABŞ dolları səfərbər etməyi planlaşdırır.

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani Çində keçirilən Qlobal Davamlı Nəqliyyat Forumu çərçivəsində Nazirlər Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, investisiyalar dəmir yolu, dəniz, aviasiya və avtomobil nəqliyyatı infrastrukturunun inkişafına, o cümlədən Anakliya dəniz limanı və Vazianidə yeni beynəlxalq hava limanının layihələrinə yönəldiləcək: "Bu layihələr Gürcüstanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat sistemindəki rolunu daha da gücləndirəcək".

Nazir müavini Gürcüstanın Qara dənizdəki strateji mövqeyinin regionun dənizə çıxışı olmayan ölkələri üçün beynəlxalq dəniz marşrutlarına çıxış baxımından əhəmiyyətini vurğulayıb.

O bildirib ki, Gürcüstan ərazisindən keçən nəqliyyat əlaqələrinin təhlükəsiz, səmərəli, etibarlı və proqnozlaşdırıla bilən olması ölkə üçün xüsusi əhəmiyyət daşıyır. O, dayanıqlı nəqliyyat inkişafının iqtisadi artımı və ölkənin uzunmüddətli inkişafını dəstəkləyən müasir və səmərəli nəqliyyat sisteminin yaradılmasını nəzərdə tutduğunu bildirib.

Onun sözlərinə görə, bu yanaşma Gürcüstanın BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun hazırlanan 10 illik nəqliyyat inkişaf planında da öz əksini tapıb.

ŞƏRH YAZ
3