Marneulidə ürəkləri dağlayan daha bir yol qəzası baş verib - FOTO
Bugün
834
Hadisə
A
Marneulidə ürəkləri dağlayan daha bir yol qəzası baş verib - FOTO

22 sentyabr tarixində Marneulidə daha bir ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.ge-nin xəbərinə görə, qəza Marneulidə “Daş sexləri” adlanan ərazidə qeydə alınıb.

Qəza nəticəsində Marneulidə fəaliyyət göstərən “JJB” restoranının sahibi, aşpaz Namiq Qocayev həyatını itirib.

İlkin məlumata görə, Namiq Qocayev avtomobildə tək olub və idarə etdiyi nəqliyyat vasitəsi dirəyə çırpılıb. 

Qeyd edək ki, 22 sentyabr axşam saatlarında Marneuli bələdiyyəsinin Birinci Kosalı kəndi ərazisində də ağır yol qəzası orta yaşlı kişinin həyatına son qoyub.

Allah rəhmət eləsin!

ŞƏRH YAZ
3