Marneuli Mədəniyyət Mərkəzi bəyanat yayır
21.09.2026 16:59
95
Mədəniyyət
A
Marneuli Mədəniyyət Mərkəzi bəyanat yayır

Marneuli Mədəniyyət Mərkəzi binada aparılan əsaslı təmir, bərpa işləri ilə əlaqədar bəyanat yayır.

Aktual.ge xəbər verir ki, bəyanatda deyilir:

"Mədəniyyət Mərkəzinin binasında aparılan bərpa işləri ilə əlaqədar olaraq, cari ildə tədris prosesinə adi qaydada başlamaq təəssüf ki, mümkün olmayıb. Son dövrlər Mərkəzə çoxsaylı müraciətlər və telefon zəngləri daxil olur. Cəmiyyət tərəfindən göstərilən böyük marağı nəzərə alaraq, hazırda mövcud vəziyyət barədə məlumat vermək istəyirik.

Mədəniyyət Mərkəzi fəaliyyətini ən qısa zamanda bərpa etməyə hazırdır. Bunun üçün təşkilatın müvafiq alternativ məkanla təmin olunması və burada tədris və yaradıcılıq prosesinin lazımi şəraitdə davam etdirilməsinin mümkün olması tələb olunur. Məkanla təmin olunma məsələsi həll olunan kimi Mədəniyyət Mərkəzi tədris prosesini mümkün qədər qısa müddətdə bərpa etməyə hazır olacaq.

Hazırda fəaliyyətin bərpası məhz müvafiq məkanın axtarılması və təmin edilməsi məsələsindən asılıdır. Bu məsələ isə Mədəniyyət Mərkəzinin səlahiyyətləri çərçivəsində həll olunmur. Bizim üçün uşaqların və gənclərin keyfiyyətli incəsənət təhsili almaq, yaradıcılıq fəaliyyətlərini müvafiq, təhlükəsiz və peşəkar mühitdə davam etdirmək imkanına malik olması olduqca vacibdir.

Şagirdlərimiz, valideynlərimiz və cəmiyyət qarşısında üzərimizə düşən gözləntini və məsuliyyəti anlayırıq. Məhz buna görə fəaliyyətin bərpası məsələsi hazırda bizim əsas prioritetlərimizdən biridir.

Şagirdlərimizə, valideynlərimizə və bizimlə maraqlanan, bizi gözləyən hər bir insana təşəkkür edirik. Dəstəyiniz üçün təşəkkür edirik".

ŞƏRH YAZ
1