Tbilisidə qondarma “Ərəb şəhərlərinin” tikintisinə qarşı aksiya keçirilib
20.09.2026 23:15
97
Siyasət
A
Tbilisidə qondarma “Ərəb şəhərlərinin” tikintisinə qarşı aksiya keçirilib

Bu gün axşam saatlarında paytaxt Tbilisinin Azadlıq meydanında qondarma “Ərəb şəhərlərinin” tikintisinə qarşı aksiya keçirilib.

Aktual.ge xəbər verir ki, aksiyanı ifrat-sağçı “Mühafizəkarlar” birliyi təşkil edib.

Əllərində Gürcüstan bayraqları dalğalandıran nümayişçilər, eyni zamanda müxtəlif xrisiyan dini ikonaları daşıyıblar. Həmçinin “Dil, Vətən, İnanc” yazılmış böyük plakat açıblar.

Təşkilatçıların sözlərinə görə, aksiya Gürcüstanda planlaşdırılan investisiya layihələri, o cümlədən Tbilisidə, Krtsanisi meşə-parkı ərazisində nəzərdə tutulan layihə ilə bağlıdır.

Azadlıq meydanında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Ərazidə patrul polisi səfərbər edilib.

Məlumat üçün bildirək ki, aksiya Gürcüstan hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Emaar Group” və ya “Eagle Hills” şirkətləri arasında 2025-ci ilin yanvarında imzalanmış 6 milyarddan çox dollarlıq razılaşma ilə bağlıdır. Layihə çərçivəsində Tbilisi, Batumi və Qonio ərazilərində iri miqyaslı yaşayış, turizm və kommersiya komplekslərinin inşası planlaşdırılır. Hökumət bu sazişi ölkə iqtisadiyyatı üçün “tarixi” addım kimi dəyərləndirir. 

ŞƏRH YAZ
0