Rustavi–Tbilisi mikroavtobuslarında gediş haqqı bahalaşdı
20.09.2026 23:33
520
İqtisadiyyat
A
Rustavi–Tbilisi mikroavtobuslarında gediş haqqı bahalaşdı

Rustavidən Tbilisi istiqamətində mikroavtobuslarla gediş haqqı bahalaşıb.

Aktual.ge xəbər verir ki, sərnişinlərin verdiyi məlumata görə, gediş haqqı 50 tetri artıb və 2,50 lari əvəzinə 3 lari olub.

Onların bildirdiyinə görə, “İntertrans” şirkətinin Tbilisi istiqamətində hərəkət edən bütün marşrutlarında tarif artırılıb.

Sürücülər qiymət artımının səbəbi kimi yanacağın bahalaşmasını göstərirlər.

Məlumat üçün bildirək ki, Rustavi–Tbilisi mikroavtobusları yeni tariflə fəaliyyətə dünən, sentyabrın 19-da başlayıblar.

ŞƏRH YAZ
5