Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ərazi bütövlüyünün dinc yolla bərpasının milli arzu olduğunu bildirib.
Aktual.ge xəbər verir ki, o, məcburi köçkün ailələrinə mənzillərin verilməsi tədbirində çıxışı zamanı belə deyib.
Baş nazir qeyd edib ki, hökumət ərazi bütövlüyünün bərpasını əsas vəzifələrindən biri hesab edir.
"Əsas vəzifəmizi, yəni ərazi bütövlüyümüzün bərpasını bir saniyə belə unutmuruq. Ölkəmizin ərazi bütövlüyünü dinc yolla bərpa etmək bizim milli arzumuzdur. Səbirli, ardıcıl və düzgün praqmatik siyasətlə biz bu məqsədə mütləq nail olacağıq", – deyə İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, məcburi köçkünlərin doğma yerlərinə qayıdaraq layiqli yaşayış şəraitinə malik olması hökumətin əsas qayğılarından biri olaraq qalacaq.