Dmanisidə quduzluq aşkarlanıb | Bu kənddə karantin tətbiq ediləcək
Bugün
63
Siyasət
A
Dmanisidə quduzluq aşkarlanıb | Bu kənddə karantin tətbiq ediləcək

Dmanisi bələdiyyəsində quduzluğa iki yoluxma halı təsdiqlənib. 

Aktual.ge xəbər verir ki, infeksiya Qanaxleba kəndində iki baş iri buynuzlu mal-qarada laborator müayinə nəticəsində müəyyən edilib.

Milli Qida Agentliyinin məlumatına görə, heyvanların üzərində dişləmə izləri olmayıb.

Qurumun məlumatına əsasən, ərazidə karantin elan edilməsi, heyvanların peyvəndlənməsi və dezinfeksiya işlərinin aparılması planlaşdırılır.

“Kvemo Kartli regionunda, Dmanisi bələdiyyəsinin Qanaxleba kəndində aparılan laborator müayinə nəticəsində 2 baş iri buynuzlu mal-qarada quduzluq xəstəliyi təsdiqlənib. Sahiblərinin bildirdiyinə görə, heyvanların üzərində dişləmə izləri olmayıb.

Milli Qida Agentliyi infeksiya ocağında səhiyyə mütəxəssisləri ilə birlikdə fəaliyyət göstərir. Sözügedən hadisə ilə əlaqədar qanunvericiliyə uyğun olaraq xəstəliyin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçiriləcək: xəstəlik ocağında karantin elan olunacaq; quduzluğa həssas heyvanlar peyvənd ediləcək, dezinfeksiya aparılacaq, heyvanların hərəkəti məhdudlaşdırılacaq; quduzluğa həssas heyvanların sağlamlıq vəziyyətinə nəzarət həyata keçiriləcək. Epidemioloji araşdırmanı Kvemo Kartli departamentinin mütəxəssisləri aparacaqlar”, - deyə məlumatda bildirilir.

ŞƏRH YAZ
0