ABŞ üç ildən sonra ilk dəfə faiz dərəcəsini artırdı
Bugün
122
Dünya
A
ABŞ üç ildən sonra ilk dəfə faiz dərəcəsini artırdı

ABŞ-nin mərkəzi bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FRS) sentyabrın 15-16-da keçirilən iclasının yekunlarına əsasən, uçot dərəcəsini 25 baza bəndi artıraraq illik 3,75-4% səviyyəsinə qaldırıb.

Aktual.ge xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.

Bu, FRS-nin 2023-cü ilin iyulundan bəri faiz dərəcəsini ilk dəfə artırmasıdır. Buna qədər qurum ardıcıl beş dəfə faiz dərəcəsini dəyişməz saxlamışdı.

Bu, FRS rəhbərinin dəyişməsindən sonra keçirilən üçüncü iclasdır - may ayının sonundan bu vəzifəni Kevin Uorş tutur.

ŞƏRH YAZ
0