Məmişli kəndində zəlzələ olub
16.09.2026 23:56
125
Hadisə
A
Məmişli kəndində zəlzələ olub

Gürcüstanın cənub-qərbində 3,1 maqnitudalı zəlzələ baş verib.

Aktual.ge xəbər verir ki, bununla bağlı Yer Elmləri İnstitutu - Milli Seysmik Monitorinq Mərkəzi məlumat verib.

Məlumata görə, yeraltı təkanlar saat 22:20-də Dmanisi şəhərindən 19 kilometr, Tbilisidən isə 62 kilometr məsafədə yerləşən Məmişli kəndi yaxınlığında baş verib.

Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, Gürcüstanın Dmanisi bələdiyyəsinə daxil olan Məmişli kəndində minə yaxın insan yaşayır.

ŞƏRH YAZ
0